• Ср. Апр 24th, 2024

ивановка

Сайт о селе Ивановка Азербайджанской Республики

Qasımxan qalası

Автор:ivanovka.net

Дек 25, 2015
Делимся

Print Friendly, PDF & Email

İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, «səngər» adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. «Qasımxan» qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.


Делимся

Автор: ivanovka.net

Добавить комментарий