• Чт. Апр 25th, 2024

ивановка

Сайт о селе Ивановка Азербайджанской Республики

Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq!

Автор:ivanovka.net

Дек 28, 2015
Делимся

Print Friendly, PDF & Email

İsmayıllı gəncləri «Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq» adlı aksiya keçiriblər. SalamNews xəbər verir ki, yanvarın 2-də “İsmayilli rayonu”, “İsmayıllı qrupu» və “İvanovka” Facebook səhifələrinin və “İstedadlı Gənclərin İnkişafına Dəstək» İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonundakı Heydər Əliyev adına Mərkəzin qarşısında “Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq” adı altında aksiya-görüş keçirilib. Aksiyaya qoşulanlar oxuduqları kitablara ürək sözlərini yazaraq digər iştirakçılarla dəyişiblər. Bundan əlavə, Maarif Soltanın gətirdiyi 100 ədəd «Dağ çiçəkləri» kitabı tanınmış şair Musa Yaqubun imzası ilə gənclərə hədiyyə edilib. Aksiyanın məqsədi kitab oxumağın təbliğ edilməsi və İsmayıllı gənclərinin bir-birini tanımasıdır.
Şəkillər: Ismayilli rayonu


Делимся

Автор: ivanovka.net

Добавить комментарий