• Пт. Апр 26th, 2024

ивановка

Сайт о селе Ивановка Азербайджанской Республики

Ismayilli rayonu

Автор:ivanovka.net

Дек 25, 2015
Делимся

Print Friendly, PDF & Email

10524706_854085327936686_4451106187522770315_nİsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.06.2012-ci il tarixə 82000 nəfərdir. Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.

“Yeni İsmayıllı” adlı rayon qəzeti 1934-cü ildən nəşr olunmağa başlamışdır. 1965-ci ildən “Zəhmətkeş”, 1966-cı ildən “Cavanşir yurdu”, 2003-cü ildən “Girdiman” adı ilə çıxır. 1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.

İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. Rayon ərazisində 2 şərab zavodu, üzüm istehsalı, emalı, qablaşdırılması və ekoturizmlə məşğul olan “Monolit” şirkəti, 2 asfalt zavodu, bir beton zavodu, 11 turizm-istirahət mərkəzi, 11 bank filialı, Telekommunikasiya qovşağı, “Azərpoçt”un rayon filialı fəaliyyət göstərir. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 13 ibtidai məktəb, 6 uşaq bağçası, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 23 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, onlarla digər tarixi abidə, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 13 mədəniyyət evi, 24 klub, 5 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 Peşə Tədris Mərkəzi mövcuddur.

Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 854 ailə (3396 nəfər) müvəqqəti məskunlaşmışdır. Rayonda 4 QHT, 12 dini icma, 16 ictimai təşkilat və birlik fəaliyyət göstərir. Ərazidə 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 61 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 7 nəfər əməkdar müəllim, 6 nəfər “Tərəqqi”, 4 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır. İsmayıllı rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamları əsasında qurur. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının yanında 26 noyabr 1993-cü ildə kabinet yaradılmışdır. 1999-cu ildə Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyəti yanında Şura iclasları “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnaməyə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. Şura iclaslarında müntəzəm olaraq rayonun sosial-iqtisadi həyatına, təhsilə, mədəniyyət və turizmə, gəncliyə, idmana, tikinti-quruculuq işlərinə, hərbi vətənpərvərlik tərbiyəsinə, enerji resurslarından istifadə vəziyyətinə, ideoloji və siyasi işlərin təşkilinə, kütləvi informasiya vasitələrindən istifadəyə aid məsələlər müzakirə olunur, qərarlar verilir. Zəruri hallarda qəbul olunan qərarların icrası ilə bağlı RİH başçısı sərəncam imzalayır.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibi 11 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, onun birinci və digər 3 müavini, RİH-nin şöbə müdiri, Polis şöbəsinin rəisi, Maliyyə idarəsinin rəisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri, Təhsil şöbəsinin müdiri və QMƏVŞA İB rayon bölməsinin sədri şuranın tərkibindədir. Şura işini RİH başçısı tərəfindən təsdiq olunmuş plan əsasında qurur. İsmayıllı rayon ərazisində 2 Seçki Dairəsi-86 saylı İsmayıllı və 87 saylı Ağsu-İsmayıllı Seçki Dairələri üzrə 71 məntəqə seçki komissiyası fəaliyyət göstərir. “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədilə rayon ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirilmiş, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuşdur.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASI İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİ


Делимся

Автор: ivanovka.net

Добавить комментарий