• Сб. Июл 27th, 2024

ивановка

Сайт о селе Ивановка Азербайджанской Республики

“Hapıt” folklor qrupu — video

Автор:ivanovka.net

Янв 10, 2015
Делимся

Print Friendly, PDF & Email


Bu dəfə səyahətimiz İsmayıllı rayonunun Mollaisaqlı kəndinədir. Bu kəndin özünəməxsus adət-ənənəsi və folkloru var. Burda “Hapıt” folklor qrupu var ki, onların da özlərinəxas folklor adət-ənənəsi var.
Mollaisaqlı kəndində “Hapıt” folklor qrupunun nümayişinin şahidi olduq. Biz onları dinlədik. Burada maraqlı bir şey var ki, orda xanım yun darayırdı, yanına gələn kimi bu haqda danışırdı. Sonra nəhrənin yanına gələndə nəhrə haqqında sözlər deyirdi. Bizə maraqlı sualları Aysel xanıma ünvanladıq.
— Aysel xanım, “Hapıt” folklor musiqisi var, hansı ki, siz ifa edirsiniz. Bu nə mənanı verir. Siz, ümumiyyətlə, musiqini ifa edərkən nə deyirdiniz?
— “Yəni mən deyirdim ki, yeddi dənə gəlinim var, iki dənə qızım. Yəni gəlinlərimdən nə işlə məşğul olurlar onu soruşurdum. Mən qaynanayam. Məsləhətlər verirəm”.
— Bax o gəlinin yanına gələndə nə deyirsiniz?
— “O yun darayır. Gələndə deyirəm ki, yunu yaxşı dara! Yununu yel aparsa, gözünü çıxaracam”.
— Bəs nəhrənin yanına gələndə nə söyləyirsiniz?
— “Deyirəm ki, nehrəni tez çalxala, qonaqlarımız gəlib”.
— Məsələn burda bir uşaq obrazı var. O nə söyləyir?
— “O işdən qaçmaq üçün guya ki, uşaq saxlayır”.
— Bu folklorun tərkibi yəni bu qədər olmalıdır? Yeddi gəlin, iki qız, doqquz nəfər olmalıdır, hə? Nə vaxtdan bu işlə məşğul olursunuz?
— “Çoxdandır, dörd- beş ildir”.
— Bəs bu qızlar necə olub ki, gəlib burda belə qrup yaradıbsınız?
— “Marağımız var. Məktəb şagirdləridir”.


Делимся

Автор: ivanovka.net

Добавить комментарий