Обращение от Григория Минникова к Президенту Ильхаму Алиеву

Print Friendly, PDF & Email
Среда, Июль 10

Уважаемый господин Президент!

Мы, жители села Ивановка Исмаиллинского района, труженики колхоза имени Н. Никитина радуемся жизни в стране, руководимой Вами, усердно трудимся на благо нашего села, района и родной страны. Посещая Ивановку в августе 2005 года, Вы сказали: «Гейдар Алиевич был вашим гарантом, а сегодня – я ваш гарант».

Мы всегда это чувствуем, особенно в последние месяцы. Руководство помогает нам во всех областях жизни и хозяйственной деятельности. По низким ценам покупаем сельхозтехнику, удобрения, химикаты. Готова к эксплуатации современная больница на 15 коек. Во всех мероприятиях, проводимых в Ивановке, участвуют руководители района. Нет такого общерайонного мероприятия, в котором не участвовали бы представители Ивановки и колхоза имени Н. Никитина.

Благодаря Вашей национальной политике все жители Исмаллинского района независимо от национальной принадлежности, вероисповедания, всегда вместе, едины на позициях государственности, неотделимы друг от друга. Такая политика- сила нашего народа, всего Азербайджана.

Уважаемый господин Президент!

Мы всегда чувствуем ответственность перед священным духом Общенационального лидера Гейдара Алиева, перед вашим величием. И на этой основе работаем изо дня в день лучше и лучше.

Ивановка, ивановцы благодарны Вам за то, что относитесь к нам с особой заботой и вниманием, интересуетесь жизнью наших односельчан, помогаете во всем. Вы — опора нашей жизни, опора русского села Ивановки, компактно сохранившемуся благодаря покойному Гейдару Алиеву.

Наша дальнейшая жизнь, жизнь наших детей и внуков связана только с Вашим руководством. Дай Бог Вам крепкого здоровья, успехов во всем, долгой жизни и долгого руководства Азербайджаном.

С огромным уважением от имени жителей села Ивановка:

Григорий Минников – председатель колхоза имени Н.Никитина Тимофей Радаев – пенсионер, агроном Ольга Жабина- представитель главы исполнительной власти по Ивановскому административному делению Михаил Урюпин – директор Ивановской полной средней школы имени Г.Алиева Павел Казаков – ветеран труда, бывший полевой бригадир Азербайджан, село Ивановка Исмаиллинского района

Qriqori Minnikov və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz, İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri, N.Nikitin adına kolxozun əməkçiləri Sizin rəhbərlik etdiyiniz ölkədə yaşamaqdan fərəh hissi keçirir, kəndimizin, rayonumuzun və doğma ölkəmizin rifahı naminə səylə çalışırıq. Siz 2005-ci ilin avqustunda İvanovkada olarkən demişdiniz: “Heydər Əliyev sizin qarantınız olmuşdur, bu gün isə mən sizin qarantınızam”.

Biz bunu həmişə hiss etmişik, son aylar isə daha çox hiss edirik. Rəhbərlik həyatın və təsərrüfat fəaliyyətinin bütün sahələrində bizə kömək edir. Kənd təsərrüfatı texnikasını, gübrə və kimyəvi maddələri ucuz qiymətlərlə alırıq. On beş çarpayılıq müasir xəstəxana istifadəyə hazırdır. Rayonun rəhbərləri İvanovkada keçirilən bütün tədbirlərdə iştirak edirlər.

Elə bir ümumrayon tədbiri yoxdur ki, orada İvanovka kəndinin və N.Nikitin adına kolxozun nümayəndələri iştirak etməsinlər.

Sizin milli siyasətiniz sayəsində İsmayıllı rayonunun bütün sakinləri milliyyətindən, dinindən asılı olmayaraq həmişə bir yerdədirlər, dövlətçilik mövqeyində yekdildirlər və bir-biri ilə sıx bağlıdırlar. Belə siyasət xalqımızın, bütün Azərbaycanın qüdrətidir.

Hörmətli cənab Prezident!

Biz ümummilli lider Heydər Əliyevin müqəddəs ruhu, sizin böyüklüyünüz qarşısında həmişə məsuliyyət hiss edirik və bu zəmində gündən-günə daha yaxşı işləyirik.

İvanovka və ivanovkalılar bizə xüsusi diqqət və qayğı ilə yanaşdığınıza, həmkəndlilərimizin həyatı ilə maraqlandığınıza, hər bir işdə kömək etdiyinizə görə Sizə minnətdardırlar. Siz həyatımızın, ulu öndərimiz Heydər Əliyev sayəsində qorunub saxlanmış rus kəndi İvanovkanın dayağısınız.

Bizim gələcək həyatımız, uşaqlarımızın və nəvələrimizin həyatı yalnız Sizin rəhbərliyinizlə bağlıdır. Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və uzun illər Azərbaycana rəhbərlik etməyinizi arzulayırıq.

İvanovka kəndinin sakinləri adından böyük ehtiramla:

Qriqori Minnikov – N.Nikitin adına kolxozun sədri Timofey Radayev – pensiyaçı, aqronom Olqa Jabina – icra hakimiyyətinin İvanovka inzibati ərazi vahidi üzrə nümayəndəsi Mixail Uryupin – Heydər Əliyev adına İvanovka tam orta məktəbinin direktoru Pavel Kazakov — əmək veteranı, keçmiş tarla briqadiri Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi