• Вт. Апр 16th, 2024

ивановка

Сайт о селе Ивановка Азербайджанской Республики

Molokanlar kimdir, nəyə inanırlar? — VIDEO

Автор:ivanovka_net@10.27.36.48

Дек 12, 2017
Делимся

Print Friendly, PDF & Email
Фото: Elxan Qəniyev

Rəşad İlyasov

Fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Etika şöbəsinin elmi işçisi.

Mənbə: http://www.ebooks.az/book_hlYHLDkc.html

TARİX VƏ MÜASİRLİYİN
QOVŞAĞINDA TOLERANTLIQ
NÜMUNƏSİ OLARAQ
AZƏRBAYCAN MOLOKANLARI

S. 123-125

Molokanlar Xristian təriqətlərindən biri kimi xüsusi tarixə malikdir. Dini hərəkatın əsası XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein (Семен Уклеин) tərəfindən qoyulmuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətini qəbul edir, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 “apostol” (həvari) seçərək onlarla birgə Zəburdan surələri uca- 124 dan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı “apostollar” pravoslavlığa qayıdaraq azad olunurlar, Ukleinin özü isə tənbeh edilməsi üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra Uklein öz təlimini əvvəlkinə nisbətən ehtiyatla təbliğ edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza
səyahətlər edir. 

İmperator I Aleksandr taxta çıxdıqdan sonra təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni təlim təb liğatçılarının nailiyyətləri daha da artır. Yavaş-yavaş molokan icması üzvlərinin sayının çoxalması və öz etiqadlarına sadiq olmaları nəticəsində Çar hökuməti 22 iyun 1805-ci ildə molokanların öz etiqadlarına görə yaşama və ibadət etmə hüququnu tanıyır.1 İmperator I Nikolayın hakimiyyətinin ilk dövrlərindən etibarən duxoborluların aqibəti molokanların da başına gəldi. Hökumət onların Qafqazda yerləşdirilməsi haqqında qərar çıxardı. 

1820-ci ildən başlayaraq molokanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər.

Molokanlar meydana gəldikləri gündən etibarən təqib edilmişlər. Bu da onların etiqadları və ibadətləri haqqında gizli hərəkət etmələrinə səbəb olmuşdur. Xüsusilə Çar I Nikolayın dövründə (1825-55) molokanlar və digər məzhəblər üzərində təzyiq daha da artmışdı.
Çar Rusiyası molokanlara qarşı sərt tədbirlərə əl atırdı. Onların saqqal və bığlarını kəsərək hərbi xidmətə getməyə məcbur edirdilər. Etiqadlarına zidd olan bu işgəncəyə boyun əyməyərək onlar müxtəlif yerlərə, o cümlədən Azərbaycana köçürdülər. 

Çarlıq dövründə təzyiqlərə məruz qalan molokanlar 1880/81-ci illərdə Qarsa yerləşdirilərək burada 35 kənddə məskunlaşdılar. Bu dövrdə Qars Zaqafqaziya İdarəsinə bağlı bir vilayət olaraq Çar Rusiyasına tabe idi.
1920-ci ildə imzalanan “Gümrü” müqaviləsi ilə Qarsın Türkiyəyə verilməsi nəti cə-
sində ruslar ilə birlikdə molokanların da çoxu geri qayıtdılar.  

Oktyabr inqilabı ilə iqtidarı ələ keçirən bolşeviklər dinə qarşı məsafəli idilər və hətta dini qadağan edirdilər. Ancaq Çar Rusiyasının əksinə Sovet İttifaqı molokanlara daha çox imkan yaratdı. Məhz inqilabdan sonra Türkiyə ərazisində Qars şəhərində olan 35 kəndin 32-si Sovet İttifaqına köçürüldü. 1920-ci ildə Rusiya molokanlar konfransı təşkil olunmuş və Rusiya Ruhani Xristian Dini İcmaları Birliyi adı altında bir təşkilat da yaradılmışdı. İlk illərdə molokanlar hərbi xidmətə getməyi rədd etsələr də, 1929-cu ildə baş tutan 4-cü konfransda dini icma olaraq orduda xidmətetmə qərarını qəbul etmişlər. 

XIX əsrin axırlarında on beş min molokan ABŞ-a köçmüşdür. Hazırda San-Fransisko şəhərində onların mərkəzləri vardır.

Hazırda molokanların mərkəzi təşkilatı Rusiyanın Stavrapol vilayətində fəaliyyət göstərir. 28 iyul — 4 avqust 1998-ci il tarixlərində burada molokan presviterlerinin beşinci, uşaq və gənclərin isə ilk qurultayı keçirilmişdir. Bu qurultayda Azərbaycandakı molokanların Bakı presviteri N.V.Kotov və Sumqayıt icmasının presviteri N.V.Boldırev iştirak etmişlər. 

Sovetlər birliyi süqut etdikdən sonra molokanlar dini hə- yatlarını sərbəst yaşama imkanı əldə etdilər. Ancaq müasir dövrdə missionerlik fəaliyyətləri molokanlar üçün ciddi təhlükələr yaradır. Molokan gəncləri getdikcə baptist və evangelistlərin təsirlərinə məruz qalırlar. 


Делимся

Добавить комментарий